Avropa Bankı "Holcim"də payını artırır

30 Октябрь 2019
21:51
186

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanın iri sement və klinker istehsalçısı olan "Holcim (Azerbaijan)" ASC-dəki payını artırmaq imkanlarını nəzərdən keçirir. Fins.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.

EBRD-nin əlavə investisiya qoyuluşunda məqsədi alternativ enerji növlərindən istifadə etməklə müəssisənin enerji effektivliyinin artırılmasıdır.

Hazırda Bankın "Holcim (Azerbaijan)"dakı payı 10%-dir. Bu rəqəmin 20%-ə çatdırılması nəzərdə tutulub.

Şirkətin səhmdarları arasında həmçinin İsveçrənin "Holcim" şirkəti (76%) də var. Səhmlərinin 14%-i isə fiziki şəxslərə məxsusdur.

Новости