Palata bu bankla bağlı 1 illik qadağa tətbiq etdi-AÇIQLAMA

30 Октябрь 2019
21:51
153

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının növbəti iclası keçirilib.

Palatadan fins.az-a daxil olan məlumata görə, iclasda Palatanın cari fəaliyyəti ilə əlaqədar bir sıra məsələlər, o cümlədən bank sektorunda həyata keçirilən nəzarət tədbirləri müzakirə edilib.

MBNP-nin monitorinqləri nəticəsində “Parabank” ASC-nin Sumqayıt filialının nəzdində filialdan kənar ərazidə müvafiq icazəsi olmadan fəaliyyət göstərən struktur bölmə aşkar olunub. Aparıan yoxlamalar qeyri-qanuni bank xidmətlərinin göstərilməsi faktını təsbit edib.

“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, Direktorlar Şurası “Parabank” ASC-nin Sumqayıt filialına bank fəaliyyətini həyata keçirməyə verilən icazənin ləğv edilməsi, 1 il müddətində “Parabank” ASC-nin filial və şöbələrin açılmasının dayandırılması və Sumqayıt filialının inzibatçılarının tutduğu vəzifələrindən kənarlaşdırılması barədə qərar qəbul etdi".

MBNP maliyyə vasitəçilərinə daxili nəzarət sistemlərinin gücləndirilməsi və təkmilləşdirilməsini tövsiyə edib.

Palatadan bildirilir ki, maliyyə bazarlarında monitorinqlər davam etdirilir və qanun pozuntusu halları aşkar edilərsə, müvafiq tədbirlər görüləcək.

Новости