Mərkəzi Bankdan yeni - DEPOZİT HƏRRACI

30 Октябрь 2019
21:51
224

Azərbaycan Mərkəzi Bankı (AMB) banklardan manat vəsaitinin cəlb edilməsi üzrə depozit həlrracı keçirəcək. Mərkəzi Bankdan fins.az-a verilən xəbərə görə, növbəti depozit hərracı iyulun 18-də saat 11-30-11-45-də Blumberq ticarət sistemində keçiriləcək. AMB-nin şərtlərinə görə, hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı: 10:30-dur. Hərrac çərçivəsində 100 milyon manat depozitin cəlb edilməsi nəzərdə tutulur. Vəsaitlər 30 gün müddətinə, aylıq 4,01%-6,99% dərəcə ilə qəbul ediləcək. Qeyd edək ki, bu AMB-nin təşkil etdiyi 4-cü depozit hərracı olacaq. Bundan əvvəl iyulun 11-də keçirilən depozit hərracında AMB aylıq 5,96 % faiz dərəcəsi ilə 50 mln. manat cəlb edib. İlk depozit hərracı isə bu il iyunun 13-də baş tutub. Həmin hərracda AMB planlaşdırdığı 150 milyon manat əvəzinə 129 milyon manat pepozit cəlb edə bilib. Həmin vəsaitlər aylıq 6,49% faiz dərəcəsi ilə yerləşdirilib.

Новости