Ежедневная общественно-политическая газета
Ежедневная общественно-политическая газета
«Expressbank» ASC "SmileCart" taksit kartlarından nağdlaşdırmağa limit qoyulub. Bu barədə fins.az-a bankdan məlumat verilib. Bankdan bildirilib ki, bundan sonra bankın kartlarından vəsaitlərin nağdlaşdırılması müəyyən limit daxilində həyata keçiriləcək. Belə ki, 6 aylıq taksit kartlarının sahibləri hər ay cəmi 150 manat, 12 aylıq kartların sahibləri isə ayda 250 manat nağd pul çıxara biləcəklər. Bankdan bu dəyişikliyin səbəbini nağdsız ödənişləri stimullaşdırmaq istəyi ilə izah ediblər. Bankdan yalnız bildirilib ki: «Biz müştərilərimizi daha çox nağdsız əməliyyatlardan istifadəyə dəvət edirik».
Bu yenilik, taksit kart istifədəçiləri ilə müqavilənin birtərəfli qaydada dəyişdirilməsi olsa da, bank bunu hüquq pozuntusu saymır: «Müqavilədə belə hal nəzərdə tutulub ki, biz müştərini xəbərdar etməklə müqavilə şərtlərinə yenidən baxa bilərik».
Kartdan nağd pul çıxarılması ilə bağlı limit həm bankomat, həm də bank kassasındakı əməliyyatlara şamil edilib. Eləcə də bu limit nağd valyuta çıxarılmasını da əhatə edəcək. Belə ki, manat kartının sahibləri kartdan ABŞ dolları ilə vəsait çıxarmaq istəsələr onlara 150 və 250 manat ekvivalentində dollar veriləcək.
Valyutanı bank kassasından çıxararkən dolların məzənnəsi bankın satış qiyməti ilə götürüləcək, bankomatdan çıxarıldıqda isə AMB-nin həmin günə olan rəsmi məzənnəsi əsas götürüləcək. Bir qayda olaraq banklarda dolların satış qiymətinin rəsmi məzənnədən daha yüksək olduğunu nəzərə alanda valyutanı bankomatdan çıxarmaq daha sərfəlidir.
Belə ki, avqustın 2-ə olan məzənnəyə görə, «Expressbank»ın manat kartından 250 manat ekvivalentində dollar çıxarmaq istəyən şəxslər bu əməliyyatı bank kassasında yerinə yetirsələr 151 ABŞ dollar, bankomatda etdikləri halda isə 154 dollar ala biləcəklər.