Ежедневная общественно-политическая газета
Ежедневная общественно-политическая газета
Azərbaycan və İranın mərkəzi bankları cari hesablar açmaq niyyətindədirlər. Fins.az "Trend"-ə istinadən xəbər verir ki, bunu Bakıda iki ölkə prezidentlərinin görüşü çərçivəsində səfərdə olan İran Mərkəzi Bankının sədri Vəliullah Seyf deyib.
Onun sözlərinə görə, banklar iki ölkə mərkəzi bankları arasında imzalanmış qarşılıqlı anlaşma haqqında Memoranduma uyğun olaraq cari hesablar açmaq niyyətindədir.
V.Seyf deyib: “Azərbaycana səfərim zamanı əsas məqsəd həmkarım Elman Rüstəmovla görüşmək idi. Görüş zamanı ikitərəfli əlaqələrin genişləndirilməsi məsələsi müzakirə edildi. İki ölkənin iqtisadi imkanları mal dövriyyəsini ciddi şəkildə artırmağı tələb edir".
İran Mərkəzi Bankının sədri qarşılıqlı anlaşma haqqında Memoranduma əsasən həmçinin kart sisteminin inteqrasiyasının da nəzərdə tutulduğunu qeyd edib.
Qeyd edək ki, Azərbaycanda 33, İranda 29 bank fəaliyyət göstərir.