Mərkəzi Bank pul daşımaq üçün avtomobillər alır - MÜQAVİLƏ BAĞLANDI

30 Октябрь 2019
21:59
259

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən nağd pul və qiymətlilərin daşınmasını təmin etmək məqsədilə iki ədəd inkassasiya və iki ədəd təhlükəsizlik avtomobillərinin satın alınması ilə bağlı keçirilmiş açıq tenderin nəticələri açıqlanıb.

Fins.az Mərkəzi Banka istinadla xəbər verir ki, tenderdə təqdim edilmiş təkliflərin qiymətləndirilməsinin nəticələrinə əsasən Tender Komissiyasının qərarı ilə "İnkas Armored" şirkəti açıq tenderin 1-ci bölməsi (inkassasiya avtomobillərinin satın alınması) üzrə, "Eurocom GMBH" şirkəti isə 2-ci bölməsi (təhlükəsizlik avtomobillərin satın alınması) üzrə qalib elan olunub. Qalib şirkətlərlə müvafiq müqavilələr bağlanıb.