FED HƏDƏFLƏRİNƏ ÇATIB – DOLLAR BAHALAŞIR

30 Октябрь 2019
21:59
204

Dolların dünya valyuta birjalarında qiyməti bahalaşmağa başlayıb. Buna səbəb isə ABŞ Federal Ehtiyat Sisteminin (FED) üzvlərinin verdiyi açıqlamalar olub.

Eləcə də bax: Faiz dərəcələrinin artırılacağına – İŞARƏ

FED üzvü Stanley Fişer bazar günü etdiyi açıqlamasında bildirib ki, FED demək olar ki, hədəflərinə çatıb. Eyni zamanda, Fişer ABŞ iqtisadiyyatının cari vəziyyəti ilə bağlı nikbin mövqe tutub. Edilən açıqlamalar isə dünya valyuta birjalarında ilk dəfə 2015-ci ilin dekabr ayında başlanılan faiz artımının bu il də davam edəcəyinə işarə kimi qəbul edilib. Lakin Fişer faiz artımının dəqiq vaxtı ilə bağlı şərh verməyib.

Dolların dünya birjalarında bahalaşması bu gün Asiya sessiyasında sürətlənib. Belə ki, Dollar indeksinin qiyməti iyul ayının axırlarından etibarən keçən həftənin cümə gününə kimi 94.08 punkta kimi 3.6% ucuzlaşdıqdan sonra ilk dəfə olaraq 0.9% bahalaşıb.

Mənbə: İnvest.az

Новости