Ежедневная общественно-политическая газета
Ежедневная общественно-политическая газета
Əmanətlərin Sığortalanması Fondu (ƏSF) qarşıdakı 2 ay ərzində “Kredobank”a qarşı tələbləri yazılı şəkildə qeydə alacaq. Vergilər Nazirliyindən fins.az-a verilən məlumata görə, bunun üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidir.
- Kreditorun adı, ünvanı;
- Tələbin əsas məğləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
- Tələbin təminatı olan girov (ipoteka) və ya zəmanət barədə məlumat.
“Kreditorlardan xahiş olunur ki, bu elanın dərcindən sonra 2 ay ərzində bankın ləğvedicisi kimi ƏSF-ə müraciət etsinlər”.
Əlavə məlumat almaq üçün Bülbül prospekti 40, 4-cü mərtəyə müraciət edə bilərlər.
Xatırladaq ki, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi bu il avqustun 29-də verdiyi qərarla həmin bankların fəaliyyəti dayandırılıb. Onların ləğvedicisi isə ƏSF-dir.