Bankdan əmək haqqı layihəsi – YENİ ŞƏRTLƏR

30 Октябрь 2019
22:09
175

Bank VTB (Azərbaycan) öz müştərilərinə əmək haqqı layihəsi üzrə sərfəli xidmət şərtləri təklif edir. Bankın əmək haqqı layihəsi maaş, eləcə də təqaüd və digər daimi və birdəfəlik gəlirlərin şirkət əməkdaşlarının hesabına asan və sürətli köçürmə üsulunu özündə əks etdirir. Çoxsaylı üstünlükləri sayəsində əmək haqqı layihəsi həm müəssisə, həm də əməkdaşlar üçün əlverişlidir.

Belə ki, layihə çərçivəsində təşkilatlar üçün ucuz qoşulma tarifləri mövcuddur. Bundan başqa Visa Classic, Vİsa Gold, Visa Platinum kartıarınn pulsuz verilməsi və kartlara ödənişsiz xidmət göstərilməsi təklif olunur. VTB (Azərbaycan)-ın kartı ilə əmək haqqı alan şirkət əməkdaşları maaş məbləğinin 50%-dək overdraft almaq, pulsuz internet-bankinq və 3D Secure xidmətinə qoşulmaq üstünlüyü əldə edirlər. Maaş kartları istifadəçiləri üçün həmçinin digər bank məhsulları üzrə paket tariflər və endirim proqramı, o cümlədən bankın tərəfdaşları olan şirkətlərdə endirimlər təklif edilir.

VTB (Azərbaycan) kartına əmək haqqı alan müştərilər yerli Accessbank-ın, eləcə də VTB qrupun bankları - VTB (Gürcüstan), VTB (Ukrayna), VTB (Qazaxıstan), VTB (Belarus), həmçinin Rusiyadakı VTB24, Moskva bankı və Poçt bank daxil olan bankomat şəbəkəsindən güzəştli tariflərlə istifadə edə bilərlər.

“Bank VTB (Azərbaycan)-ın əmək haqqı layihəsi həm müəssisə, həm də əməkdaşlar üçün müasir və sərfəli məhsuldur. Bizdə hər bir müştəriyə fərdi yanaşma mövcuddur. Biz müəssisələrə öz işçilərinə maaşların ödənilməsi ilə əlaqədar bütün məsələləri bizə etibar etmələrini təklif edirik. 3D Secure servisi ilə biz müştərilərimiz kart məhsullarının təhlükəsizliyini təmin edirik”- deyə, bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yuri Yakovlev bildirib.

Новости