Dollar satışına limiti aradan qaldırdı

30 Октябрь 2019
22:14
241

Bu gündən etibarən daha bir bank xarici valyuta satışına limiti götürüb. Söhbət İran Milli Bankının Bakı filialından gedir. Bu barədə fins.az-a bankdan bildirilib. Məlumata görə, bu gün səhər saatlarında etibarən bankda dollar və avro satışı limitsiz olaraq həyata keçirilir. Buna qədər bank yalnız 500-1000 dollar limitlə xarici valyuta satırdı.

Hazırda bankda dolların alış məzənnəsi 1.5700 manat, satış məzənnəsi isə 1.6200 manatdır. Bank avronu isə 1.7500 manata alıb, 1.8500 manata satır.

Qeyd edək ki, bununla da ölkədə limitsiz dollar satan bankların sayı 26-a çatıb.

Новости