Учредители: Управление делами Президента Азербайджанской Республики и редколлегия газеты
Ежедневная общественно-политическая газета
Ежедневная общественно-политическая газета
Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 31-də növbəti depozit hərracı keçirəcək. Bu barədə AMB-dən məlumat verilib.
"Mərkəzi Bank oktyabrın 31-də keçirəcəyi növbəti depozit hərracında 28 gün müddətinə 50 mln. manat cəlb etməyi nəzərdə tutur”, - deyə məlumatda bildirilir.
Cəlb olunan vəsaitlər üzrə faiz dərəcəsi 12,01%-14,99% təşkil edir.
Xəbər verildiyi kimi, AMB iyun ayında depozit hərraclarının keçirilməsinə başlayıb. İyun-oktyabr aylarında keçirilmiş 17 hərracda bank 1 ay müddətinə 763,5 mln. manat cəlb edib.
Mənbə: İnterfaks-Azərbaycan