Ежедневная общественно-политическая газета
Ежедневная общественно-политическая газета
Bir sıra banklar müştərilərinə yerləşdirdikləri əmanət əsasında kredit ayırır. Təxmin edildiyi kimi, bu kredit növündən yararlanmaq üçün həmin bankda əmanət hesabınız olmalıdır.
Fins.az xəbər verir ki, Banco.az əmanət hesabı əsasında kredit verən bankları bir yerə topladı.
Qeyd edək ki, bu kredit növündən götürəcəyiniz məbləğin valyutası əmanətin yerləşdirildiyi valyutadan asılıdır. Kreditə təyin olunan müddət də həmçinin, əmanətinizin müddətindən asılıdır.
Bank |
Məbləğ |
Faiz |
AccessBank |
Əmanətin 80%-ə qədəri |
Əmanət faizi + 7% (əmanət məbləği 10.000-ə qədər) Əmanət faizi + 5% (əmanət məbləği 10.000-dən yuxarı) |
Amrahbank |
Əmanətin 90%-ə qədəri |
Əmanət faizi + 5% |
AFB Bank |
Əmanətin 80%-ə qədəri |
Əmanət faizi + 5% |
ASB Bank |
Əmanətin 90%-ə qədəri |
Əmanət faizi + 5% |
Atabank |
Əmanətin 80%-ə qədəri |
Əmanət faizi + 4% |
Azər Türk Bank |
Əmanətin 90%-ə qədəri |
Əmanət faizi + 3% |
Bank Avrasiya |
Əmanətin 90%-ə qədəri |
Əmanət faizi + 2% |
Bank BTB |
Əmanətin 80%-ə qədəri |
Əmanət faizi + 3% |
Bank of Baku |
Əmanətin 80%-ə qədəri |
Əmanət faizi + 3% |
Bank Respublika |
Əmanətin 70%-ə qədəri |
Əmanət faizi + 5% |
Bank Silk Way |
Əmanətin 60%-ə qədəri |
Əmanət faizi +3% |
Beynəlxalq Bank |
Əmanətin 70%-ə qədəri |
Əmanət faizi + 4% |
CDB Bank |
Əmanətin 90%-ə qədəri |
Əmanət faizi + 2% |
Dəmirbank |
Əmanətin 80%-ə qədəri |
Əmanət faizi + 4% |
Expressbank |
Əmanətin 80%-ə qədəri |
Əmanət faizi + 4% |
Gunay Bank |
Əmanətin 85%-ə qədəri |
16-18% |
Kapital Bank |
Əmanətin 80%-ə qədəri |
Əmanət faizi + 3% |
Muğanbank |
Əmanətin 80%-ə qədəri |
Əmanət faizi + 6% |
NBC Bank |
Əmanətin 90%-ə qədəri |
Əmanət faizi + 3% |
Nikoil Bank |
Əmanətin 90%-ə qədəri |
Əmanət faizi + 5% (əmanət məbləği 30.000-ə qədər) Əmanət faizi + 3% (əmanət məbləği 30.000-dən yuxarı) |
Rabitəbank |
Əmanətin 50%-ə qədəri |
Əmanət faizi + 7% |
Turanbank |
Əmanətin 90%-ə qədəri |
Əmanət faizi + 4% |
Unibank |
Əmanətin 70%-ə qədəri |
Əmanət faizi + 5% |
Xalq Bank |
Əmanətin 80%-ə qədəri |
Əmanət faizi + 2% |
Yapı Kredi Bank Azərbaycan |
Əmanətin 80%-ə qədəri |
Əmanət faizi + 3% |
*Cədvəldə manat hesabı əsasında verilən manat kreditlərinin faiz dərəcələri öz əksini tapır. Dollar valyutasında olan əmanət əsasında ayrılan kreditlərin faiz dərəcələrində dəyişikliklər ola bilər.
Qeyd edək ki, məlumatlar banklarla əlaqə saxlanılaraq toplanmışdır.