"Bunu edən banklar sərt cəzalandırılacaq" – PALATADAN AÇIQLAMA

30 Октябрь 2019
22:14
185

“İndiki həssas dövrdə hər hansı bank valyuta əməliyyatlarının aparılması zamanı qanunvericiliyinin tələblərinə əməl etməsə sərt cəzalandırılacaqdır”.

Fins.az xəbər verir ki, bunu jurnalistlərə Mailyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Asalnalı bildirib.

“Biz bu barədə banklara xəbərdarlıq məktubu göndərmişik. Hansı bank tələblərə əməl etməsə, tənzimləyici olaraq ən sərt tədbirləri görəcəyik”,- o deyib.

Rüfət Aslanlı valyuta əməliyyatı qanunvericiliyinin pozulması hallarına rast gələn vətəndaşlardan, faktlar üzrə Palataya müraciət etməyi xahiş edib.

Mənbə: Marja.az

Новости