Учредители: Управление делами Президента Азербайджанской Республики и редколлегия газеты
Ежедневная общественно-политическая газета
Ежедневная общественно-политическая газета
"Dəmirbank"ın öhdəliklərinn icrası ilə bağlı indiyədək heç bir problem olmayıb və hazırda da belə bir çətinlik gözlənilmir. Bankın İdarə Heyətinin sədri Fərid Abuşovun fins.az-a verdiyi açıqlaya görə, Fitch agentliyinin qeyd etdiyi əsas problemlərdən biri olan kapitalın artırılması ilə bağlı hazırda ciddi tədbirlər görülür. Özü də bank kapital artımını əvvəlcədən elan etdiyi kimi 50 milyon manat səviyyəsində deyil, hətta bundan daha çox etmək fikrindədir.
Həmçinin, Dəmirbank planlaşdırılan işlər çərçivəsində Fitch reytinq agentliyi ilə əməkdaşlığı dayandırıb və hələlik heç bir reytinq agentliyi ilə işləmək fikrində deyil.