“Qara bazar”da dolların yeni qiyməti

30 Октябрь 2019
22:31
224

Xəbər verdiyimiz kimi, bu gün daha 4 bank valyuta satışını dayandırıb. Bununla da ABŞ valyutasını satmayan bankların sayı 25-ə çatıb.

Noyabrın 18-də bankların dollar satışını dayandırması “qara bazar”ı bir qədər də canlandırıb. Fins.az-ın əldə etdiyi məlumata görə, bu saatlara qədər “qara bazar”da 1 dollar 1. 8400 manata satılır.

ABŞ valyutasının bazarda alış qiyməti də banklardan xeyli bahadır. “Qara bazar”da dollar 1.8200 manata alınır.

Onu da deyək ki, banklar rəsmən dollar satışından imtina etsələr də ABŞ valyutasını dolayısı ilə “qara bazar”a çıxarırlar. Həm də bununla vətəndaşların əlində olan dollar toplanır.

Новости