Ежедневная общественно-политическая газета
Ежедневная общественно-политическая газета
Dəmirbank nəhayət ki, maliyyə göstəricilərini açıqladı. Fins.az xəbər verir ki, Bank bu ilin ancaq 6 ayı üzrə balans maddələri, mənfəət və zərər göstəricilərini təqdim edib.
Hesabata əsasən, Dəmirbankın cəmi aktivləri 538 milyon 099 min AZN, cəmi öhdəlikləri isə 490 milyon təşkil edib. Bankın müştəri hesablarında 188 mln vəsait var. Nəzərə alsaq ki, bu bank üçün çox az bir vəsaitdir və üstəlik "Ficth"in banka verdiyi “müflisləşmə” reytinqindən sonra depozit portfeli üzrə açıqlamaları hələki yoxdur, yeni rəqəmlər çox maraqlı olardı. Bu arada bankın müddətli borc öhdəlikləri 196 mln manat, cəmi kapitalı isə 49 mln manat təşkil edib.
Hesabata görə, Dəmirbankın faiz və gəlirləri 45 mln manat olub. Faiz xərclərinə gəldikdə bu 17mln manat civarındadır. Faiz mənfəəti 28 mln manat olub və bunun 17 mln manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılıb. Xalis faiz mənfəəti 11mln manat, xarici valyuta əməliyyatlarından xalis gəlir isə 1mln 757 min manat olub. Haqq və komisyon gəlirlər 2 mln 494 min təşkil edib. Əməliyyat mənfəəti 15mln 887 min manat, əməliyyat xərci 15 mln 236 min manata çatıb. Bankın xalis mənfəət cəmi 651 min manat olub.