Tikinti şirkətləri ipotekanı dayandırdı – YENİ QAYDALAR

30 Октябрь 2019
22:45
220

Xəbər verdiyimiz kimi, Azərbaycan Beynəlxalq Bankı ipoteka kreditlərini dayandırıb. Bununla əlaqədar olaraq tikinti şirkətləri daxili ipoteka qaydalarının tətbiqinə başlayıblar.

Fins.az-ın şirkətlərdən əldə etdiyi məlumatlara əsasən, indi tikilməkdə olan binalarda mənzillər 3 illik müddətinə faizsiz və manatla satılır. 20-yə yaxın layihəsi olan “Kristal Abşeron” və “Melissa Park” şirkətləri mənzilləri bu şərtlərlə satır. Belədə “Melissa Park”da 1 otaqlı mınzil üçün ilkin ödəniş 23 467 manat, aylıq ödəniş isə 1521 manat olacaq.

“Renanssans Palace”da isə mənzillər 2 illik faizsiz kreditlə satılır. İlkin ödəniş mənzil dəyərinin 30%-i məbləğində olacaq. Bu şirkətdə mənzilin 1 kv. metri 1650 manatdır. 1 otqalı ev üçün ilkin ödəniş 32 min manat, aylıq ödəniş isə 3200 manat olacaq. Mənzilin sahəsi artdıqca ödənişlərin məbləği artır.

“Şərur İnşaat” da yeni kredit şərtlərini açıqlayıb. Bu şirkət də mənzilləri 2 illik müddətə faizsiz kreditlə satır. “Yeni Həyat” şirkətində isə müddət daha azdır. Şirkət cəmi 1 il müddətinə daxili kredit tətbiq edəcək. Bu zaman 1 otaqlı mənzilin aylıq ödənişi 1300 manat olacaq.

“Panorama Park” qapalı yaşayış kompleksi ilkin 50% olmaqla 50 aya illik 0% şərtlərlə kreditlə məzillər satır. Bu kompleksdən həm təmirli, həm təmirsiz evləri tək şəxsiyyət vəsiqəsi ilə almaq mümkündür. Hal-hazırda olan 52.43 kvm tam təmirli mənzillərə isə ilkin 50%, ayda 688 AZN ödəməklə 50 aylıq faizlsiz kreditlə sahib olmaq imkanı yaradılıb.

Новости