"ASB"də yeni sədr təyinatı - TƏRCÜMEYİ-HAL

30 Октябрь 2019
22:45
327

“Azərbaycan Sənaye Bankı” ASC-nin (ASB) İdarə Heyətinə sədr təyin edilib. Fins.az xəbər verir ki, bu vəzifə indiyə qədər sədrin səlahiyyətlərini müvəqqəti icra edən Doğan Tandoğana həvalə edilib.

Doğan Tandoğan 1973-cü ildə Türkiyə Respublikasında anadan olub. 1995-ci ildə “Orta Doğu Teknik Universiteti”ndən Beynəlxalq Münasibətlər bölümündən, 2004-cü ildə “Azərbaycan Dövlət Neft Akademiyası”ndan Biznesin idarə edilməsi bölümünün məzunudur. İş fəaliyyətinə 1996-ci ildə Türkiyə bank sektorunda başlayıb. 2013-cü ildən “Azərbaycan Sənaye Bankı” ASC-nin İdarə Heyətinin üzvü və sədrin birinci müavinidir. 19.12.2016 tarixindən “Azərbaycan Sənaye Bankı” ASC-nin İdarə Heyətinin Sədri təyin edilib.

[#gallery#]