Ежедневная общественно-политическая газета
Ежедневная общественно-политическая газета
Ölkədə baş verən devalvasiyadan sonra depozitlər və kreditlər kütləvi surətdə dollarlaşıb, Fins.az bir neçə dövr üçün göstəriciləri təhlil edib.
Belə ki, 2014-cü ilin 4-cü rübündə 7.7 milyard manat olan depozitlərin həcmi baş verən devalvasiyadan sonra 2016-cı ilin 1-ci rübündə 4.2 milyard manata qədər düşüb və ümumilikdə milli valyuta ilə qoyulan depozitlərin miqdarı ötən müddət ərzində 46% azalıb. Xarici valyutada yerləşdirilən depozitlərin həcmi isə bu zaman müddətində 8.5% artım əldə edərək, 9.9 milyarddan 10.7 milyarda qədər artıb.
2014-cü ilin 4-cü rübü ilə 2016-cı ilin 1-ci rübünü müqayisə etdikdə kreditlərin miqdarında da əsaslı dəyişiklərin oduğunu görürük. Beləki, 2014-cü ilin 4-cü rübündə milli valyuta ilə verilən kreditlərin miqdarı 13.5 milyard manat olsa da, devalvasiyadan sonra 25.3% azalaraq 2016-cı ilin 1-ci rübündə 10.1 milyard manat olub.
Lakin ötən müddət ərzində xarici valyuta ilə verilən kreditlərin miqdarında demək olar ki, azalma müşahidə olunmayıb. Beləki xarici valyuta ilə verilən kreditlərin həcmi 2014-cü ilin 4-cü rübündə 6.4 milyard manat təşkil edib və bu həcm 2016-cı ilin 1-ci rübündə dəyişməyərək 6.4 milyard manat olub.