Ежедневная общественно-политическая газета
Ежедневная общественно-политическая газета
Azərbaycanda dollara tələbatın artması banklarla “qara bazar” arasındakı fərqdən daha çox hiss edilir. Fins.az-ın məlumatına görə, dekabr ayının 22-də banklarda dolların ən baha alış qiyməti 1.8260 manat, ən baha satış qiyməti 1.8278 manatdır. Bankların böyük hissəsi dolları ən yüksək məzənnə ilə satır.
“Qara bazar”a gəlincə bu gün dolların alış qiyməti 1.9000 manat, satışı isə 1.9300 manat olub. Bu isə o deməkdir ki, “qara bazar” dolları banklardan 4% baha alır və 5,5% baha satır. Yəni, hər 100 dollara görə alış və satışda 7-10 manat fərq yaranır.
Avronun banklarda ən baha alışı 1.9000 manat, satışı isə 1.9078 manatdır. “Qara bazar” isə avronu 1.9500 manata alıb, 1.9850 manata satır. Başqa sözlə, əldən dollar alışı 2,6%, satış isə 4% bahadır.Yəni, fərq hər 100 avroya görə 5-8 manatdır.
Maraqlıdır ki, alış və satış üzrə banklarda spred daraldığı halda, “qara bazar”da bu spred xeyli böyükdür. İqtisadi ekspert Cəfər İbrahimli fins.az-a bildirib ki, təcrübədə spredin daralması banklar arasında əməliyyatların yüksək səviyyədə olduğu zaman rəqabətlə bağlı olar. Azərbaycanda isə vəziyyət fərqlidir. Banklarda spredin daralması dollara tələbatın yüksəl olması ilə bağlıdır. Banklar dollar almaq istədiyi üçün alış kursunu maksimal həddə saxlayır, satış kursu isə o qədər böyük əhəmiyyət daşımır. Çünki onsuzda dollar satmırlar.
“Qara bazar”da spredin böyük olmasına gəlincə, bununla bağlı dəqiq rəqəmlər demək çətindir. Bununla belə, əməliyyatların “qara bazarda” operativ olması və gəlirliklik səviyyəsinin yüksək olması spredin böyük olmasına şərait yaradır.