“Bloomberg”də dollar bahalaşdı

30 Октябрь 2019
22:51
187

Fevral ayının 7-də Bloomberg terminalı üzərindən manat dollar qarşısında ucuzlaşmağa başlayıb. Fins.az xəbər verir ki, dollar günə 1.8522 manat məzənnəsi ilə başlayıb. Valyuta hərracı ərəfəsində dolların artım dinamikası daha yüksək olsa da, bir qədər sonra dinamika kiçilməyə başlayıb. Buna baxmayaraq, Bakı vaxtı ilə saat 19.30-a olan məlumata əsasən dollar gün ərzində 0,15% bahalaşaraq 1.8551 manat olub.

Xatırladaq ki, “Bloomberg” banklar arasında ticarət və valyuta hərracının nəticəsinə əsasən manatın məzənnəsini müstəqil şəkildə müəyyən edir.