Ежедневная общественно-политическая газета
Ежедневная общественно-политическая газета
-Səhər saat 09:20-də Mərkəzi Bank Fevralın 7-nə USD/AZN rəsmi məzənnəsini 1,8769 manat səviyyəsində açıqladı.
-Saat 10:00-dan etibarən banklarda Dolların alış və satış qiymətlərinin aşağı düşməsi müşahidə olundu. Banklar Dolları 1.79 manatdan almağa başladılar. Bu dolların daha da düşəcəyinə işarə idi.
-Saat 12:00-da Mərkəzi Bankda hərrac keçirildi. Məlum oldu ki, 7 fevral 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə keçirilən hərracın və həmin vaxtadək banklararası bazarda aparılan əməliyyatların nəticəsində manatın orta çəkili məzənnəsi 1,8251 səviyyəsində formalaşmışdır. . Beləliklə, hərracda Dollar Manat qarşısında 1.8% dəyərdən düşdü.
- Hərracın nəticəsi məlum olduqdan sonra banklarda Dolların alış və satış məzənnələri daha sürətlə aşağı düşdü. Bir çox banklar Dolları 1.70 -1.75 manat səviyyələrindən almağa başladılar. Banklarda Dolların satış qiyməti 1.85-1.89 manat səviyyələrinə gerilədi.
-Axşam saat 17:10-da Mərkəzi Bank 08.02.2017-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,8252 səviyyəsində müəyyən olunduğunu açıqladı.
Qeyd edək ki, çoxları Dolların ucuzlaşmasının davam etməyəcəyini hesab edir və manatın bahalaşmasına inanmır. Onlara görə, Manatın güclənməsi üçün iqtisadi səbəb yoxdur.
Əlavə edək ki, Fevralın 1-də Dollar/Manat rəsmi məzənnəsi 1.92 manat səviyyəsinə çıxmışdı. Həmin gün bəzi banklar Dolları 1.94-1.95 manata alıb, 1.99 manatdan baha satırdılar.
Mənbə: marja