Ən varlı rayonumuz hansıdır? – BANKA QOYULAN PULLAR

30 Октябрь 2019
22:59
146

Bu suala cavab ola biləcək statistikadan biri rayonlar üzrə əhalinin bankda yerləşdirilən əmanətlərinin həcmidir. Fins.az Mərkəzi Bankın təqdim etdiyi göstəricilərə əsaslanaraq xəbər verir ki, 2017-ci il 1 yanvar tarixinə cəmi depozitlərin həcmi 7 milyard 448 milyon 670 min manat olub.

Dollar əmanətləri 4 dəfə çoxdur

Bu depozitlərin 1 milyard 517 milyon manatı milli valyutada qəbul olunub. Xarici valyutada qəbul olunan hissəsi isə bundan 3.9 dəfə çox olub - 5 milyard 931 manat. Milli valyutada yerləşdirilən depozitlərin 1 milyard 61 milyon manatı tələbli, 455 milyon 759 min manatı müddətli depozitlər olaraq yerləşdirilib. Xarici valyutada yerləşdirilən depozitlərin 3 milyard 906 milyon manat dəyərində olan hissəsi tələbli, yerdə qalan 2 milyard 25 milyon manat dəyərində olan hissəsi isə müddətlidir.

İmkanlılar Bakıda toplaşıb

Qeyd edək ki, cəlb olunan depozitlərin 93.3%-i yəni, 6 milyard 950 milyon manatı yalnız Bakı şəhərinin payına düşür. Yəni, rəqəmlərdən də göründüyü kimi, əhalinin imkanlı təbəqəsi məhz paytaxtda yerləşir. Bu depozitlərin 1 milyard 262 milyon manatı milli valyutada, 5 milyard 687 milyon manatı xarici valyutada ifadə olunur. Manatla olan depozitlərin 74.2%-i və ya 936 milyon manatı tələbli, 25.8%-i və ya 326 milyon manatı müddətlidir. Xarici valyutada yerləşdirilən depozitlərin 3 milyard 858 milyon manat dəyərində olan hissəsi tələbli, 1 milyard 829 milyon manat dəyərində olan hissəsi müddətlidir.

Rayonlar arasında ilk ÜÇLÜK

Statistikaya nəzər yetirdikdə regionlar üzrə depozitlərin həcminə görə ilk 3 yeri 164 milyon 854 min manatla Abşeron İqtisadi Rayonu (İR), 106 milyon 544 min manatla Gəncə-Qazax İR, 81 milyon 509 min manatla Aran İR tutur.

Müddətli depozitlər daha çoxdur

Deməli, Abşeron İR üzrə yığılmış depozitlərin 58 milyon 728 min manatı yerli valyutada, 106 milyon 126 min manatı xarici valyutada yerləşdirilib. Yerli valyutada qorunan depozitlərin 18 milyon 48 min manat dəyərində olan hissəsi tələbli, bundan 2.3 dəfə çox olan yəni, 40 milyon 679 min manat dəyərində olan hissəsi müddətlidir. Xarici valyutada qorunan depozitlərin 16 milyon 66 min manatı tələbli, 90 milyon 59 min manatı müddətli depozitlərdir.

Gəncə-Qazax bölgəsi manata üstünlük verir

Gəncə-Qazax İR üzrə toplanmış depozitlərin 57 milyon 364 min manat və ya faizlə desən 53.8% olan hissəsi milli valyutada, 49 milyon 179 min manat və ya faizlə desək 46.2% olan hissəsi xarici valyutada yerləşdirilib. Deməli, yerli valyutada yerləşdirilən depozitlərin 26 milyon 187 min manatı tələbli, 31 milyon 177 min manatı müddətli depozitlərdir. Xarici valyutada yerləşdirilən depozitlərin 6 milyon 685 min manat olan hissəsi tələbli, 42 milyon 494 min manat olan hissəsi müddətli depozitlərdir.

Aran əhalisi tələbli depozitə keçib

Aran İR üzrə toplanan depozitlərin isə 53 milyon manat 809 min manat dəyərində olan hissəsi milli valyutada, yerdə qalan 27 milyon 700 min manat dəyərində olan hissəsi xarici valyuta yerləşdirilib. Milli valyutada olan depozitlərin 32 milyon 957 min manatı tələbli, 20 milyon 851 min manatı müddətli depozitlərdir. Xarici valyutada qorunan depozitlərin 5 milyon 335 min manat olan hissəsi tələbli, 22 milyon 365 min manat olan hissəsi müddətlidir.

Новости