Mərkəzi Bankda kadr dəyişikliyi

30 Октябрь 2019
23:06
183

Azərbaycan Mərkəzi Bankının (AMB) Naxçıvan MR-dakı ərazi idarəsinin rəhbəri dəyişib.

Fins.az “Report”-a istinadən xəbər verir ki, indiyə qədər idarəyə rəhbərlik edən Səbuhi Hidayət oğlu Məmmədov vəzifəsindən azad edilib.

Onun yerinə Orxan Şıxəli oğlu Abdullayev təyin olunub.

Xatırladaq ki, AMB-nin Naxçıvandan başqa, Biləsuvar, Gəncə və Qubada regional mərkəzləri, Sumqayıt və Yevlaxda ehtiyat mərkəzləri fəaliyyət göstərir.