Bu gün valyuta hərracından sonra Azərbaycan kommersiya banklarının bir neçəsi məzənnədə dəyişikliklər etdi.
Fins.az-ın araşdırmasına görə, "Bank Silk Vey" səhər saatlarında dolları 1.7800 manata satırdı, indi isə bu rəqəm 1.7750 manatdır.
"Bank of Baku" yalnız dollar alışını ucuzlaşdırıb: 1.7400 manatdan 1.7350-dək.
"Unibank" da dolların satış qiymətini ucuzlaşdırıb: 1.7750-dən 1.7765 manatadək.
"Dəmirbank" isə dolların alış qiymətini ucuzlaşdırıb, satışını isə bahalaşdırıb. Səhər 1.7400 manata alıb 1.8100 manata satırdı, indi 1.7400-də alıb, 1.8200 manata satır.
"Bank Respublika" səhər saatları ilə müqayisədə dolların alış qiymətini 1 qəpik bahalaşdırıb, satış qiymətini isə 4 qəpik bahalaşdırıb. İndi bankda dolların alışı 1.7400 manat, satışı isə 1.8300 manatdır.