Nağd pul çıxarılmasına limit qoyan – BANK BAĞLANDI

30 Октябрь 2019
23:06
174

Rusiyanın Mərkəzi Bankı bu gün daha bir bankın lisenziyasını geri çağırıb. Fins.az-ın verdiyi məlumata görə, buna səbəb bankın bankomatdan nağd pulların çıxarılmasına limit qoymasıdır. Söhbət Tatarıstanın “Tatfondbank”dan gedir.

Qeyd edək ki, “Tatfondbank”ın limit tətbiq etməsi bankın müştəriləri tərəfindən əmanətlərin vaxtından əvvəl çıxarılması ilə bağlı idi. Ona görə də bank 2016-cı il dekabrın 12-də müştərilərinə 15 min rubladək limit təyin edib. Ertəsi gün hesablaşma-kassa xidmətləri dayandırılıb.

Yanvarın 11-i isə 2 min əmanətçisinin saxta yollarla bankın törəmə investisiya şirkətinin müştərisinə çevrildikləri barədə məlumat yayılıb.

Bundan sonra fevralın 9-da və 28-də hüquq-mühafizə orqanları bankın iki sədr müavini - Vadim Merzlyakov və Serqey Meşanovu fırıldaqçılıqda şübhəli bilərək nəzarət altına alıb.

Новости