Ежедневная общественно-политическая газета
Ежедневная общественно-политическая газета
Günortadan sonra yenidən banklarda Dolların ucuzlaşması müşahidə olunur.
Əgər səhər saatlarında alış üzrə ən yüksək məzənnə 1.6850 manat, satış üzrə isə 1.6950 manat təşkil edirdisə, günortadan sonra məzənnələr bir az geriləyib.
Saat 15:00-a olan məlumata görə, NikoilBank Dolları 1.6805 manata almağa başlayıb. Günaybank isə dolları 1.6880 mnatdan satır. Bu qiymətlər bazardakı ən sərfəli məzənnələrdir.
Qeyd edək ki, Dolların ən aşağı satış qiyməti 1.6950 manatı, ən yüksək alış qiyməti isə 1.6850 manatı qıra bilmədi. Beləliklə, Dollar yenidən zəif də olsa ucuzlaşma meylindədir.
Xəbər verdiyimiz kimi, dünən Mərkəzi Bankda keçirilmiş həracda manatın orta çəkili məzənnəsi rəsmi məzənnə ilə eyni səviyyədə 1.7025-də qalıb. Artıq 20 gündür rəsmi məzənnə 1.70 manat səviyyələrində qalır.
Qeyd edək ki, Mərkəzi Bank depozit hərracında 24 Apreldə 200 milyon manat, bu gün 250 milyon manat yığıb, Mayın 1-də də 150 milyon manat yığmağı planlaşdırır. Manatın daha da qıtlaşması, Dolları ucuzlaşdırır.
© Marja