Prezidentliyə namizədliyi təsdiqlənənlərin sayı 13-ə çatdı

19 Февраль 2018
17:06
1037
Prezidentliyə namizədliyi təsdiqlənənlərin sayı 13-ə çatdı
Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Ramazan Bəkirovun prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiq olunmasına baxılıb. 

Sfera.az xəbər verir ki, iclasda R.Bəkirovun prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib.

Bununla da Azərbaycanda aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənənlərin sayı 13 nəfərə çatıb.

İclasda çıxış edən MSK sədri Məzahir Pənahov bildirib ki, indiyədək prezident seçkilərini müşahidə etmək istəyən 24 müşahidəçi qeydiyyata alınıb:

"Həmin müşahidəçilərin 9-u öz təşəbbüsü ilə qeydiyyatdan keçib. Digərləri isə qeyri-hökumət təşkilatları (QHT) təmsilçiləridir".

Экономика
Новости