Cəbhədə son durum

02 Февраль 2016
11:40
52

Sfera.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, erməni silahlı bölmələri cəbhənin 

müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində

 atəşkəs rejimini ümumilikdə 125 dəfə pozub.

Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Paravakar 

kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə,

 Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Berd rayonunun Ayqepar, Çinari, 

Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki adsız 

yüksəkliklərdə, Koxanəbi, Əlibəyli kəndlərində, Krasnoselsk rayonu ərazisindəki

 adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız 

yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Göyarx, Çiləbürt, Yarımca, 

Çaylı, Ağdam rayonunun Şıxlar, Novruzlu, Cəvahirli, Kəngərli, Sarıcalı, Şuraabad, 

Yusifcanlı, Nəmirli, Xocavənd rayonunun Kuropatkino kəndləri, Füzuli rayonunun 

Horadiz şəhəri, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun 

Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və 

Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı

 Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş 

nöqtələrinə, mövqelərinə və səngərlərinə 126 dəfə atəş zərbəsi endirib.