Unun bahalaşmasının qarşısı alındı- NAZIRLIK

01 Ноябрь 2019
20:05
37

İstehlak bazarında süni qiymət artımının və sui-istifadə hallarının qarşısının alınması məqsədilə intensiv nəzarət tədbirləri davam etdirilir.

Fins.az-ın xəbərinə görə, bu barədə “APA-Economics”ə İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, aidiyyəti dövlət qurumları tərəfindən görülmüş tədbirlər və Dövlət Taxıl Fondunda yaradılmış ehtiyatlar hesabına unun qiymətindəki artımın qarşısı alınıb.

Qeyd edək ki, bununla da çörək və çörək məhsullarının satış qiymətinin əvvəlki səviyyədə saxlanılmasını təmin edir.

Новости