FİFA-nın baş katibini qovdular

18 Сентябрь 2015
05:26
1464

Beynəlxalq Futbol Assosiasiyasının (FİFA) baş katibi Jerom Valke vəzifəsindən uzaqlaşdırılıb

. Bu barədə Trend xarici KİV-lərə istinadən məlumat verir.Braziliyanın kütləvi informasiya vasitələri xəbər verir ki, Valke 2014-cü ildə Braziliyada keçirilən Dünya çempionatında qeyri-qanuni bilet satışı ilə məşğul olub. 

Bu fəaliyyəti nəticəsində baş katib 2 milyon avroya qədər pul qazanıb.FİFA-nın saytında yerləşdirilən məlumatda deyilir ki, Valke dərhal tutduğu vəzifəsindən uzaqlaşdırılıb: "FİFA-nın baş katiblə bağlı olan bəzi şübhələr haqqında xəbəri var və o, Etika komitəsini rəsmi araşdırma aparmağa çağırıb".

Aysel