Səhiyyə Nazirliyi apteklərdə yoxlamalar keçirib

01 Ноябрь 2019
20:24
44

Səhiyyə Nazirliyi apteklərinin fəaliyyətinin təkmilləşdirilməsi, reseptlərin yazılması üzərində nəzarət, dərman vasitələrinin və tibb ləvazimatlarının əhaliyə buraxılışı üzərində kompleks effektiv tədbirlərin icrasını davam etdirir.

Fins.az-ın "Azərtac"-a istinadən məlumatına görə, Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, qurumun Analitik Ekspertiza Mərkəzi tərəfindən əczaçılıq bazarı iştirakçılarına qarşı tədbirlər gücləndirilib.

O cümlədən, aparılmış cari yoxlamalar çərçivəsində 15 aptekdə dərman vasitələrinin reseptsiz satışının aparılması müəyyən edilərək, protokollar tərtib edilmiş, cərimələr tətbiq olunmuşdur. Reseptlərin düzgün yazılmamasına görə 11 həkimə dair inzibati tədbirlər görülmüşdür.

Səhiyyə Nazirliyi ölkə başçısının dərmanların keyfiyyəti, apteklərin fəaliyyəti və əhaliyə dərman vasitələrinin buraxılışı üzərində bütün sahələr üzrə sistemli tədbirlərin icrasını davam etdirir.

Новости