Dərmanı baha satanlar 50 min manat cərimələnə bilər

01 Ноябрь 2019
20:32
33

Azərbaycanın dərman preparatları bazarında süni qiymət artımına görə 50 min manata qədər məbləğdə cərimələrin tətbiqi nəzərdə tutulub. Fins.az-ın “Report”a istinadən yaydığı məlumata görə, bunu çıqlamasında İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev deyib. O, cərimələrlə bağlı İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliyin edilməsi üçün artıq təkliflər paketinin hazırlandığını deyib: "Dərman vasitələrinin satışı ilə bağlı süni qiymət artımının qarşısını almaq üçün təkliflər paketi hazırlanıb. Hazırda bu təkliflər müzakirə edilir. Qəbul olunarsa, 50 min manata qədər cərimələr olacaq”.

Tarif (Qiymət) Şurasının katibi İlkin Məcidov isə bildirib ki, ölkəyə gətirilən dərman vasitələrinin qiymətləri ilə bağlı qaydalar artıq müəyyən edilib. Onun sözlərinə görə, idxalçı şəxs və ya şirkət dərmanın qiymətini maksimum 20% artıra bilər.

Новости