Ежедневная общественно-политическая газета
Ежедневная общественно-политическая газета
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Qarabağ müharibəsi əlilinin əvvəlki işinə bərpa olunmasını təmin edib. Bu barədə fins.az-a Nazirlikdən bildirilib. Məlumata görə, ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) II qrup Qarabağ müharibəsi əlili Bayramov Elxan Adığözəl oğlunun “Atena” MMC-də işlədiyi halda qeyri-qanuni olaraq işdən azad edilməsi ilə bağlı şikayət xarakterli müraciəti araşdırıb. Araşdırma nəticəsində əlillə bağlanmış əmək müqaviləsinə qeyri-qanuni şəkildə xitam verildiyi müəyyən olunub. Xidmət əmək qanunvericiliyin tələblərinə uyğun tədbir görməklə, onun əvvəlki işinə bərpa olunmasını təmin edib.
ƏƏSMN bəyan edir ki, indiyə qədər DƏMX-yə bir neçə dəfə bu kateqoriyadan olan şəxslər tərəfindən işdən qeyri-qanuni çıxarılma ilə bağlı müraciətlər daxil olub və bu müraciətlərə dərhal reaksiya verilib. Nazirlik işəgötürənlərə sosial cəhətdən həssas əhali qruplarına, xüsusən də ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirmiş insanlara və şəhid ailəsi üzvlərinə daim diqqət və həssaslıqla yanaşmağı tövsiyə edir.