Учредители: Управление делами Президента Азербайджанской Республики и редколлегия газеты
Ежедневная общественно-политическая газета
Ежедневная общественно-политическая газета
Dünən Sabunçu rayonunda 13 saylı Təcili Yardım Stansiyasının həkimləri xoşagəlməz hadisə ilə üzləşiblər.
Sfera.az qafqazinfo-ya istinadən bildirir ki, xəbəri haqqın.az yayıb. Məlumata görə, həkimlər və tibb bacısı Aynur Süleymanova saat 16 radələrində Bakıxanov qəsəbəsinə çağırışa gediblər. Burada onlara iki naməlum şəxs hücum edərək döyüb. Təcili tibbi yardım işçiləri güclə hadisə yerindən uzaqlaşa biliblər.
Hal-hazırda faktla bağlı araşdırma aparılır. Sabunçu rayon 13-cü polis bölməsinin əməkdaşları insidentin baş vermə səbəblərini araşdırırlar.