Rəsmilər sahibkarların həbsindən danışdı

02 Ноябрь 2019
00:07
18

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son günlər bəzi iş adamlarının həbs olunmasına münasibət bildirib. Fins.az-ın “Report”a istinadən yaydığı məlumata görə, o, deyib ki, bu məsələ ilə bağlı araşdırmalar aparılır: “Onların həbsi ilə bağlı Daxil İşlər Nazirliyi məlumat yayıb. Konkret maddələr üzrə bəzi iş adamları təqsirli bilinirlər. Yəni, bu əməllər üzrə ittiham olunurlar. Araşdırmalar, məhkəmələr bu adamların fəaliyyətinin Azərbaycanın qanunvericiliyinə uyğun olub-olmamasını üzə çıxaracaq. Azərbaycan Respublikasının Prezidenti bəyan edib ki, iş adamlarını dəstəkləyirlər. İş adamlarından bircə tələb var ki, ölkə qanunlarına əməl etsinlər”.

Azərbaycanda sahibkarların həbsi Milli Məclisdə də müzakirə edilib. Fins.az-ın “Trend”ə istinadən yaydığı məlumata görə, millət vəkili Zahid Oruc deyib ki, iş adamları ilə bağlı həbslər bütövlükdə bank sektorunda sabitləşmənin həyata keçirilməsi üçün bir addım olacaq. Onun sözlərinə görə, sadə vətəndaş krediti ödəyə bilməyəndə məhkəmələr tərəfindən sanksiyalar tətbiq edilir: “Bəzən o vətəndaşlar qoyduqları girovları itirmək məcburiyyətində qalır. Bu vəziyyət qətiyyən ajiotaj yaratmırdı. Son günlər həyata keçirilən tədbirlər də bu cür addımlardandır. Sanki elə qəbul edilir ki, külli miqdarda dövlət vəsaitini yayındırıb müxtəlif cür addım ata bilərlər və onlar borclu deyillər”.

Z.Oruc qeyd edib ki, ölkə başçısı ötən gün bir daha qeyd etdi ki, Azərbaycanda biznes mühiti üçün heç bir problem yoxdur, yetər ki, biznesmenlər qanun qarşısında öhdəliklər yerinə yetirsinlər.
Z. Orucun çıxışına münasibət bildirən Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, ajiotaj yaradanlar bilinir kimlərdir: “Onlar Azərbaycanda olan hər bir şeyə ajiotaj yaradır. Siz heç nəyə görə narahat olmayın. Azərbaycanda dövlət orqanları var və onlar bununla bağlı lazimi tədbirlər görür”.

Новости