Gəncədə qızla oğlan dəm qazından zəhərləndi - Biri öldü

10 Декабрь 2018
15:28
2708
Gəncədə qızla oğlan dəm qazından zəhərləndi - Biri öldü
Gəncədə 2 nəfər dəm qazından zəhərlənib.
 
Hadisə şəhərin Xətai prospektində yerləşən mənzillərdən birində baş verib.

Belə ki, dəm qazından zəhərlənmə diaqnozu ilə 20 yaşlı Seymurla 2002-ci il təvəllüdlü P. Əlizadə xəstəxanaya yerləşdirilib.

Müdaxilələrə baxmayaraq, gənc oğlanın həyatını xilas etmək mümkün olmayıb. Qız isə hazırda reanimasiyadadır.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır./Qafqazinfo