Azərbaycanda sərnişin qatarı yandı

02 Ноябрь 2019
01:42
16

Xaçmaz rayonundakı Yalama dəmiryol keçidində sərnişin qatarında yanğın baş verib. Fins.az-ın “Trend”ə istinadən yaydığı məlumata görə, bu barədə Nəqliyyat Nazirliyi yanında “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib. Onun sözlərinə görə, hadisə nəticəsində bir vaqon yanıb. Bütün sərnişinlər evakuasiya olunub, xəsarət alan yoxdur.

Yanğının qarşısını Fövqəladə Hallar Nazirliyinin dəmiryol mütəxəssisləri alıb. Bunun üçün dəmiryol qatarlarının söndürülməsi üçün nəzərdə tutulan xüsusi qatardan istifadə olunub. İlkin məlumata görə, yanğının səbəbi söndürülməmiş siqaret olub. Hal-hazırda hərəkətin bərpa edilməsi üzrə işlər gedir.

Новости