Bunu "Report”a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
O bildirib ki, belə hallarla bağlı MTRŞ-ya çoxsaylı vətəndaş şikayətləri, zənglər daxil olur:
"Kanalların bu cür mövzularla verilişlərinə reytinq qazanmağa çalışmaları təəssüf doğurur. Burada diqqətçəkən məsələlərdən biri də bu cür mövzuların müzakirə edildiyi verilişlərə əsasən özəl klinika və həmin klinikaları təmsil edən həkimlərinin dəvət edilməsi və onların reklam edilməsidir”.