Dünya Bankı Azərbaycanda ancaq maliyyə sektoruna aid 10-dan artıq layihə həyata keçirib. Bu barədə məlumat verən Dünya Bankının icraçı direktoru Navid Həsən Naqvi bildirib ki, həmin layihələrə ümumilikdə 2,5 milyard dollar xərclənib.
"Onlardan ən önəmlisi maliyyə sektorunun sağlamlaşdırılması layihəsidr. Müasir etibarlı sağlam maliyyə sektorunun olması iqtisadiyyat üçün çox önəmlidir. Xarici investorun gəlməsi üçün maliyyə sektoru dayanıqlı olmalıdır".
N.H.Navqi iqtisadiyyatın diversifikasiya edilməsinin Azərbaycan üçün vacib olduğunu vurğulayıb. Qeyd edib ki, Dünya Bankı bununla bağlı öz köməyini göstərməyə hazırdır.