Bu gün Türkiyədə inflyasiya hesabatı açıqlanacaq - Lirə ucuzlaşır

31 Октябрь 2019
10:59
84

Dollar/TL məzənnəsi yeni günə də yüksəlişlə başlayıb. Fins.az xəbər veri ki, məzənnə səhər erkən saatlarda 4.89-dan 4.9075-ə, avro da 5.73-dən 5.74-ə yüksəlib. Lirə Dollar qarşısında 0,5% də ucuzlaşıb.
Bu gün saat 11:30-da Türkiyədə inflyasiya hesabatı açıqlanacaq. İlin 3-cü inflyasiya hesabatında 8.4 faiz olan il sonu inflyasiya proqnozunun qaldırılacağı gözlənilir.