Mədəsindən 2 kq daş və dəmir pullar çıxdı - Yeməsinin səbəbi maraqlıdır - FOTO

20 Февраль 2019
18:20
3191
Mədəsindən 2 kq daş və dəmir pullar çıxdı - Yeməsinin səbəbi maraqlıdır - FOTO
Cənubi Koreyanın Koyan şəhərindən olan kişinin mədəsindən iki kiloqrama yaxın daş, butulka qapağı, və dəmir pullar çıxarılıb.
 
Sfera.az rus mediasına istinadən xəbər verir ki, 54 yaşlı kişi mədəsindəki ağrılarla bağlı həkimə müraciət edib. Onun qarnı şişmiş vəziyyətdə olub. Hətta  təmas zamanı mədəsində sərt əşyalar olduğu müəyyənləşib.
 
Pasiyent etiraf edib ki, sakitləşmək üçün kiçik daşlar və dəmir pullar udub. Rentgen müayinəsindən sonra onun mədəsinin yad cisimlərlə dolu olduğu görülüb. Əvvəlcə həmin əşyaları qastroskop vasitəsilə götürməyə çalışıblar. Lakin çox olduğundan əməliyyatla çıxarmağa qərar veriblər.

 
Sfera.az