Ежедневная общественно-политическая газета
Ежедневная общественно-политическая газета
Bakı Ağır Cinayətlər Məhkəməsində dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda ittiham olunan xarici ölkə vətəndaşı Ateş Atanur, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin keçmiş rəisi, general-mayor Fikrət Qədiməliyev, Cəmil Mehtiyev, Əlamət Quliyev, Anar Məmmədov, Vasif Xıdırov, Elnur Məmmədov və Fərman Məmmədlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Virtualaz.org-un xəbərinə görə, prosesdə dövlət ittihamçısı çıxış edərək general-mayor Fikrət Qədiməliyevin 6 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalından həbs edilməsini istəyib. Ev dustaqlığında olan Elnur Məmmədov barəsində şərti cəza təyin edilməsi, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi müavini Fərman Məmmədlinin 5 il 6 ay, Vasif Xıdırov, Cəmil Mehtiyevi və Atəş Atanurun 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmələri, həbsdə olan Əlamət Quliyev və Anar Məmmədova şərti cəza təyin edilməsi və məhkəmə zalından azadlığa buraxılmaları istənilib.
Məhkəmə prosesində fasilə elan edilib.