Banklara qarşı yeni tələb - VİDEO

30 Октябрь 2019
20:27
279

Azərbaycanda bankdan kredit götürənlərə sığorta lazım olarsa, onlar bankın təklif etdiyi sığorta şirkətini deyil, istədikləri sığortaçını seçə biləcəklər. Fins.az-ın ANS TV-yə istinadən verdiyi məlumata görə, bu barədə Mərkəzi Bankın nümayəndəsi Nəbi Əliyev məlumat verib. Onun sözlərinə görə, bu məqsədlə Mərkəzi Bank əlaqəli satışı məhdudlaşdırmaq niyyətindədir. Bunun üçün həm qanunvericiliyə dəyişiklik olunacaq, həm də ayrıca metoloji sənədlər hazırlanaraq ilin sonuna qədər banklara göndəriləcək.

Azərbaycan təcrübəsində banklar adətən öz müştərilərinə əməkdaşlıq etdikləri və yaxud eyni holdinqdə təmsil olunduqları sığorta şirkətlərinə yönəldirlər. Mərkəzi Bankın məlum qərarından sonra banklar yalnız müştərilərə sığortaçı ilə bağlı tövsiyyə verə biləcəklər. Bu addımın əsas məqsədi istehlakçı hüquqlarının qorunmasıdır.

Новости