Kartların savaşı: «Kartmane», «Albalı Plus», və «Mycard»- HANSI SƏRFƏLİDİR?

30 Октябрь 2019
21:44
309

Azərbaycanda plastik kartların sayı artdıqca istifadəçilər üçün seçim imkanı da böyüyür. Getdikcə daha çox bank müştərəlirən tələbatını ödəmək üçün dibet və kredit kartlara əlavə imkanlar yaradırlar. Amma təkliflərin artması seçimi də çətinləşdirir. Kartların sayı böyük olduqca müştərilər ən yaxşı variantı müəyyən etməkdə çətinlik çəkirlər.

Qeyd edək ki, ölkə vətəndaşlarının əksəriyyəti plastik kartlarının imkanlarından tam xəbərdar olmadıqlarına görə, öz tələbatlarına uyğun olan ən yaxşı kartı müəyyənləşdirə bilmirlər.

Bunu nəzərə alaraq fins.az hazırda bazarda olan ən populyar debet kartlarını müqayisə edib. Müqayisə üçün «AccessBankın» yenicə buraxılmış «Mycard» məhsulu, «Unibank»ın «Albalı Plus Debet» məhsulu və «Rabitəbank»ın «Kartmane» məhsulu seçilib. Hər 3 kart debet kart olmaqla yanaşı depozit xüsusiyyətlərinə də malikdir, yəni kartdakı vəsaitlər istifadə edilmədikdə onlar sahibinə əlavə gəlir gətirir.

Bankların hər biri öz kartını bazarda ən sərfəli variant kimi təqdim edir. Amma hansı kartın daha sərfəli variant olduğu müqayisədə bilinəcək. Qeyd edək ki, müqayisə kartların əsas göstəriciləri – qiyməti, müddəti, depozit funksiyasının gətirəcəyi gəlirin səviyyəsi, nağdlaşdırma komissiyası, internet və mobil bankinq imkanların olub-olmaması və digər xüsusiyətlər üzərində aparılıb.

Kartın adı

Kartmane

Albalı Plus Debet

Mycard

Aid olduğu bank

Rabitəbank

Unibank

AccessBank

Qiyməti

pulsuz

10 AZN/USD

30 AZN

Müddəti

2 il

3 il

3 il

Valyutası

AZN/USD

AZN/USD

AZN

Minimal illik mədaxil

100 AZN/USD

0

0**

Nağdlaşdırma %-i

0

0

0*

Sms məlumatlandırma

Aylıq 1,70 AZN; 1,10 USD

Aylıq 0.50 AZN

pulsuz

Mobil bankinq

Illik 10 AZN

pulsuz

yoxdur

İnternet bankinq

pulsuz

pulsuz

pulsuz

Faizlərin hesablanması

Faizlər qalıq məbləğə gündəlik oturulur

Faizlər qalıq məbləğə aylıq oturulur

Faizlər qalıq məbləğə aylıq oturulur

Digər bankomatlarda nağdlaşdırma faizi

AzeriCard Prosessinq mərkəzinə aid olan bankomatlardan 1.5% (min.1.50AZN), digər proqessinqlərdə isə 1.5% (min.3AZN).

Millikart şəbəkəsinə daxil olan bankomatlarda- 1% (min 1 AZN ş.v), digər bankomatlarda 1.5% (min 3.5 AZN)

AccessBankın bankomatları istisna olmaqla, digər ATM-lərdə 1,5% (min 2 AZN)

*Mycard üzrə AccessBankın öz bankomatlarında 0% komissiya 31 avqust tarixinə qədər davam edəcək, bu tarixdən sonra isə nağdlaşdırmaya görə 1% (10 qəp) hesabdan çıxılacaq.

** Mycard hesabı açılması üçün minimal məbləğ tələbi yoxdur. Lakin faiz hesablanması üçün kartda minimum 500 AZN olmalıdır.

Kartlar üzrə hesabdakı qalığa faiz dərəcəsi aşağıdakı kimi hesablanır:

Rabitəbank- Kartmane

Valyuta

1-3 ay

3-6 ay

6-9 ay

9-12 ay

12-24 ay

AZN

3%

6%

9%

12%

24%

USD

1%

3%

5%

7%

9%

Unibank Albalı Plus Debet

Valyuta

Müsbət kredit tarixçəli müştərilərə (illik)

Yeni müştərilər (illik)

Mənfi kredit tarixçəli müştərilərə İllik)

AZN

6%

5%

2%

USD

0.5%

0.5%

0.5%

AccessBankın Mycard-ında isə faizlər qalıq məbləğə illik 5%-lə hesablanır və faizlər hesaba aylıq oturulur.

Новости