Учредители: Управление делами Президента Азербайджанской Республики и редколлегия газеты
Ежедневная общественно-политическая газета
Ежедневная общественно-политическая газета
2018-ci ilin iyun ayında əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 8 mlrd. 109,3 mln. manat təşkil edib ki, bunun da 3 mlrd. 048,7 mln. manatı (37,6%) milli valyuta, 5 mlrd. 060,6 mln. manatı (62,4%) isə xarici valyuta ilə yerləşdirilib. Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş məlumatda qeyd edilib. 2017-ci ilin analoji dövrü ilə müqayisədə bu il əhalinin banklarda manatda yerləşdirdiyi əmanətlərin həcmi 1 mlrd. 210,3 mln. manat və ya 1,7 dəfə artıb. Xarici valyutada yerləşdirilən əmanətlərin həcmində isə 8,1 mln. manat və ya 0,2% azalma var.