Bank kartları nömrələrinin mənası

31 Октябрь 2019
11:25
880

Yəqin ki, bir çox insanlar sahib olduqları bank kartlarının üzərindəki rəqəmlərin sayına fikir vermirlər . Bu səbəbdən bu barədə kiçik araşdırma təqdim edirik.

Bank kartlarının üzərindəki istənilən məlumat təsadüfi deyil və hər birinin öz mənasi, təyinatı var. Bu məlumatlar içərisində ən çox sual doğuran kartın üzərindəki 16 rəqəmin mənasıdır.

Bir qayda olaraq, geniş yayılmış ödəniş sistemlərinin kartları 16 rəqəmdən ibarət olsa da 13 (Visa üçün xarakterikdir və uzun müddət əvvəl ayrı-ayrı regionlarda istifadə olunurdular) və 19 rəqəmli (əlavə olaraq qeyd olunmuş 3 rəqəm plastik kartın hansı kredit proqramına məxsus olduğunu əks etdirir) kartlara da rast gəlmək olar. Görünüşcə sadə görünən plastik kartlar üzərindəki nömrələr universal olaraq düşünülmüş və mürəkkəb alqoritmə malikdir.

Tutaq ki, 16 rəqəmli bank kartınızın nömrəsi 1234 5678 9012 3456 –dır.

Kart nömrəsinin ilk rəqəmi:

1234 5678 9012 3456

Yəni, 1– kartın aid olduğu sektoru bildirir. İlk rəqəmin ifadə etdiyi mənalar:

1-2 hava yolları kartları üçün,

3 səyahət və əyləncə sektoru kartları üçün,

4 və 5 banklar və maliyyə təşkilatları üçün,

6 ticarət kartları və banklar üçün,

7 neft sektoru üçün,

8 telekommunikasiya sektoru üçün,

9 milli təyinatlar üçün,

Kart nömrəsinin ilk 6 rəqəmi:

1234 5678 9012 3456

İlk altı rəqəm kartı verən şirkəti müəyyən edir. Məsələn:

4xxx xx: Visa kartlar,

51xx xx – 55xx xx: Mastercard kartları,

6011xx, 644x xx, 65xx xx: Discover kartları,

34xx xx, 37xx xx: Amerikan Express kartları,

x hərfləri ilə göstərilən nömrələr müxtəlif şirkətlərin kartında fərqli olur.

Kartın yeddincidən etibarən sonrakı doqquz rəqəmi:

1234 5678 9012 3456

9 rəqəm müştərini təyin edir və bu doqquz rəqəm ilə 1 trilyon fərqli alqoritm mövcuddur.

Kartın Son rəqəmi:

1234 5678 9012 3456

Son rəqəm düzəliş və ya nəzarət rəqəmidir. Kart nömrəsinin təsdiqlənməsi üçün verilən bir rəqəmdir. Bu yazı Luhn Alqoritmi görə verilir. Luhn Alqoritmi – ABŞ alimi Hans Peter Luhn tərəfindən kartların IMEI nömrələrinin doğruluğunu yoxlamaq üçün yaradılıb.