Vətəninfo.az-ın 15.05.2016-cı il tarixdə "Cavid Qurbanov "MÜŞAVİRİN”-QOVDU” başlıqlı məlumatı yaymlamasından sonra, facebook-da tanış olduğu qızlara özünü "Azərbaycan Dəmir Yolları” QSC rəisi, deputat Cavid Qurbanovun Milli Məclisdə rəsmi köməkçisi olduğu kimi təqdim edərək, intim təklifi edən Həbib Misirov adlı şəxs bəzi mətbuat orqanlarına açıqlamasında "sudan quru” çıxarmaq istədiyini üzə çıxardıq.Maraqlısı budur ki, bu maşennik Həbib Misirov millət vəkili Cavid Qurbanovun adını sosial şəbəkələrdə tanış olduğu qızlarla söhbətində hallandırmaqla biabır etdiyi bəs deyil,indi də özünü Cavid Qurbanovun atasının sədiri olduğu "Aşıq Şəmşir”Mədəniyyət ocağının sədiri kimi təqdim etməyə başlayıb.

Facebook-da ailəli olduğu halda qızlara intim təklif edən bu zatın Cavid Qurbanovu hakimiyyət dairələri yanında necə bir çıxılmaz vəziyyətə saldığı bəs deyil,indi də özünü "Aşıq Şəmşir”Mədəniyyət ocağının sədiri kimi təqdim etməsi doğurdan da Həbib Misirovun gözünün Cavid Qurbanovun atasının sədri olduğu təşkilatın birincisi olmağa diktiyi aşgar ortadadır. Həbib Misirov intim münasibətdə olmaq üçün tanış olduğu qızlarla yazışmalarında Cavid Qurbanovun köməkçisi olduğunu bildirdiyi haqqında məlumat yayımlandıqdan sonra,bu adamın abrına büküləcəyini düşünürdük.Amma əksini gördük və bəlli oldu ki, Həbib Misirov qapı-qapı düşüb özünü təmizə çıxarmaq istəyir. Biz də redaksiya olaraq Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu ilə əlaqə saxladıq. Milli Məclisin üzvü Cavid Qurbanovun Həbib Misirov adlı rəsmi köməkçisinin olub-olmadığın öyrənmək istədik.
Akif Təvəkküloğlu ilə əlaqə saxladıqda aldığımız cavabı olduğu kimi təqdim edirik:
"Milli Məclisin üzvü,Cavid Qurbanovun Həbib Misirov adlı rəsmi köməkçisi yoxdu.Cavid Qurbanovun rəsmi köməkçisi Xəlil Rüstəmov adlı şəxsdir”. Bu açıqlama yəqin ki,Həbib Misirov üçün böyük məyusluq oldu.
Həbib Misirovun facebook-da tanış olduğu qızlara intim təklifi etməsi ilə bağlı yazışmalarnı bir daha görsün deyə təqdim edirik.










































