Ежедневная общественно-политическая газета
Ежедневная общественно-политическая газета
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti Bakı şəhərinin rayonlarında səyyar əmək birjalarının təşkililinə başlayıb. Nazirlikdən verilən məlumata görə, səyyar əmək birjalarının təşkil eilməsində məqsəd məşğulluq xidmətlərinin əhaliyə daha yaxın olmasıdır.
Səyyar əmək birjası lazımi avadanlıqlarla təmin edilmiş avtomobillərdə təşkil edilir. Belə ki, müəyyən olunmuş günlərdə paytaxtın ayrı-ayrı ərazilərində fəaliyyət göstərən səyyar əmək birjalarında müraciət edən yerli işaxtaran vətəndaşlara boş iş yerləri, o cümlədən müvəqqəti işlər barədə məlumat verilir. Vətəndaşlar bu işlərdə çalışmaq istədikdə, onlara işləmək istədikləri və əmək qabiliyyətlərinə uyğun boş iş yerlərinə yerindəcə göndərişlər verilir. Lazımi hallarda isə onlar digər aktiv məşğulluq tədbirlərinə cəlb olunmaq üçün qeydiyyata alınırlar.
Bu ilin əvvəlindən indiyədək Bakının müxtəlif yerlərində artıq 7 səyyar əmək birjası təşkil olunub və nəticədə 100 nəfərə yaxın artıq şəxsə boş iş yerlərinə göndərişlər verilib, 43 nəfər peşə hazırlığına cəlb edilmək üçün qeydiyyata götürülüb. Növbəti belə tədbir sabah, 27 fevral tarixində Binəqədi rayon ərazisində (7-ci m.rayon, S.S.Axundov küç. «İnqilab» kinoteatrının yaxınlığı) keçiriləcək. Səyyar əmək birjasında işaxtaran şəxslərə rayon məşğullluq mərkəzinin bazasında olan, fəhlə və qulluqçu peşələri üzrə 770-dən çox boş iş yeri təklif olunacaq. Bu tədbirlərin mütəmadi olaraq bütün il boyu davam etdirilməsi nəzərdə tutulur.