Ежедневная общественно-политическая газета
Ежедневная общественно-политическая газета
Azərbaycanın ərazi bütövlüyün uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi həmişə əziz tutulmalı, onların ailələri daim diqqət və qayğı ilə əhatə olunmalıdır.
Bunu Milli.Az-a hərbi ekspert, keçmiş hərbi birlik komandiri, ehtiyatda olan general-leytenantYaşar Aydəmirov deyib.
Onun fikrincə, bu, cəmiyyətdə daha böyük ruh yüksəkliyi yaradacaq və insanlar düşmənə qarşı daha həvəslə döyüşmək əzmində olacaqlar:
"Azərbaycanda şəhid ailələri həmişə dövlət başçısının və Müdafiə Nazirliyinin rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunub. Sözsüz ki, bu qayğı nə dövlətimiz, nə xalqımız tərəfindən heç zaman azalmayacaq. Cəbhədə son döyüş əməliyyatları zamanı biz 31 şəhid vermişik, ermənilərin isə yüzlərlə hərbçisi məhv edilib. Hesab edirəm ki, dövlətimiz bütün şəhidlərimizin ailələrinə və yaxınlarına qayğısını bundan sonra da əsirgəməyəcək. Heç bir dövlətdə şəhid ailələrinə bizdə göstərilən qədər diqqət və qayğı yoxdur".